Ben Uolles NATO-nun baş katibi olmayacaq

post-img

Yens Stoltenberq Şimali Atlantika Alyansının Baş katibi postunda qalacaq. Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Economist” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ Yens Stoltenberqin NATO-nun Baş katibi postunda qalmasını istəyir. NATO-nun növbəti baş katibi alyansda həll edilməyən çox sayda problemlərlə qarşılaşacaq.

“Yens Stoltenberqin xələfi həm Fransa Prezidenti Emmanuel Makro­nu, həm də ABŞ-ın dövlət başçısı Co­zef Baydeni qane etməlidir”, - deyə bri­taniyalı nazir əlavə edib.

“Economist” yazır ki, Ben Uolles yaxın vaxtlara qədər bu vəzifədə Yens Stoltenberqi əvəzləyəcəyinə ümid edirdi. ABŞ isə NATO-nun Baş katibi vəzifəsində, çox güman ki, Niderlan­dın Baş naziri Mark Ryutteni görmək istəyərdi, lakin o, artıq iki dəfə bu tək­lifdən imtina edib. NATO-nun baş katibi postunu ənənəvi olaraq Avropa ölkələ­rindən olan siyasətçi tutsa da, onun na­mizədliyi Ağ ev tərəfindən pərdəarxası təsdiqlənir.

Qeyd edək ki, Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də öz postu­nu tərk etməli idi. Lakin NATO-ya üzv ölkələrin namizəd barədə fikir ayrılığı səbəbindən onun mandatı 2023-cü il sentyabrın 30-dək uzadılıb.

Beləliklə, Böyük Britaniyanın müda­fiə naziri Ben Uolles NATO-nun baş ka­tibi postunu tutmayacağını açıqlayıb.

“Xalq qəzeti”

Dünya