AŞPA-nın qərəzli müzakirəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib

post-img

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı Laçın yolu ilə bağlı müzakirələr aparılıb və məruzəçi Paul Qavanın hazırladığı qətnamə layihəsi qəbul olub. 

“AŞPA-da aparılan müzakirələr sülhə mane olur. Bu qətnamə qələmə verildiyi kimi təkcə insan hüquqlarını müdafiə et­mək məqsədilə deyil, siyasi məqsədlə müzakirəyə çıxarılıb”. 

Bunu Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Laçın yoluna həsr olun­muş qətnamənin müzakirələri zamanı bildirib.

S.Seyidov daha sonra bildirib: “Mə­ruzəçi qətnamədə Dağlıq Qarabağ kəl­məsini çıxarmağa etiraz edir. Halbuki, Dağlıq Qarabağ kəlməsi artıq mövcud deyil. Qarabağ Azərbaycanın tərkib his­səsidir və ölkə səviyyəsində dağlıq sö­zünün çıxarılması haqqında qərar verilib. Burada aparılan söhbətlər Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. Heç kim deyə bilməz ki, Qarabağ əhalisi, habelə uşaqlar arasında acından ölüm halı baş verib. Heç kim deyə bilməz ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağa giri­şinə mane olunub”. 

“Xalq qəzeti”

Siyasət