Naxçıvanda əmək yarmarkası keçirilib

post-img

Dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Biznes Mərkəzində əmək yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər yarmarkanın açılışında iştirak edib.

Səlahiyyətli nümayəndə yarmarka­nın önəmini vurğulayaraq, Muxtar Res­publikanın Sosial-İqtisadi İnkişafına dair (2023-2027-ci illər) Dövlət Proqramı çər­çivəsində Naxçıvanda minlərlə iş yerinin yaradılmasının hədəfləndiyini də diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada aparılan sosial-iqtisadi islahatlar nəticə­sində əlverişli biznes mühiti formalaşır. Azad iqtisadi zonaya çevrilən muxtar res­publikaya investorlar böyük maraq göstə­rirlər. Fuad Nəcəfli qeyd edib ki, bundan sonra Naxçıvanda ayda bir dəfə əmək yarmarkası keçirələcək və bu aksiya əha­linin məşğulluq imkanlarını daha da artı­racaq. 

Sonra səlahiyyətli nümayəndə yar­markaya çıxarılan iş yerləri ilə tanış olub. Məlumat verilib ki, ümumilikdə, işaxtaran­lara 110 müəssisədən 640 və haqqı ödə­nilən ictimai işlər üzrə 347 boş yer təklif olunur.

Qeyd edək ki, əmək yarmarkasında muxtar respublikada fəaliyyət göstərən 80 özəl müəssisədən 315 müxtəlif iş yeri çıxarılıb. “Naxtel” MMC tərəfindən təklif olunan iş yerləri 442 manatdan 1500 ma­natadək əməkhaqqı ilə işaxtaran vətən­daşlar üçün daha çox cəlbedici olub. “Cahan holdinq” isə yarmarkada müvafiq olaraq 450-1000 manat arasında əmək­haqqı ilə onlarla iş yeri təklif edib.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

Son xəbərlər