Aİ sənayesinin rəhbəri: Avropa Ukraynaya silah tədarükünü sürətləndirəcək

post-img

Aİ-nin sənaye rəhbəri Thierry Breton bazar günü Fransanın "Le Parisien" qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqı Ukraynaya silah tədarükünü sürətləndirir, bu ölkənin Rusiya qüvvələrinə qarşı əks hücumuna dəstək verir.

“Biz silah və sursat tədarükü üçün səylərimizi gücləndirəcəyik. Bu, onların həlledici rol oynadığı yüksək intensivli müharibədir”, - deyə Breton növbəti 12 ay ərzində bir milyon iri çaplı silahın təhvil verilməsi vədini əsas gətirərək bildirib.

“Biz müharibənin daha bir neçə ay və ya daha çox davam edəcəyinə hazırlaşırıq”,- deyə o, əlavə edib.

Bu ayın əvvəlində Ukrayna Rusiya qüvvələrinə qarşı əks-hücum elan edib və ABŞ-ın müdafiə naziri Lloyd Austin keçən cümə axşamı Kiyevin müttəfiqlərini daha çox silah və sursatla təmin etməyə çağırıb.

S.ELAY,

"Xalq qəzeti"

Dünya