Ukrayna Ruben Vardanyanı “Sülhməramlı” sanksiya siyahısına daxil edib

post-img

Ukrayna erməni iş dəllalı Ruben Vardanyanı “Sülhməramlı” sanksiya siyahısına daxil edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Siyahıda o, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

“Sülhməramlılar Mərkəzi hüquq-mühafizə orqanlarından xahiş edir ki, internet saytındakı bu dərci həmin vətəndaşın Ukraynanın milli təhlükəsizliyinə, sülhə, insan təhlükəsizliyinə və beynəlxalq asayişə qarşı qəsdən hərəkətlər törətməsi, habelə digər qanun pozuntuları barədə bəyanat kimi qiymətləndirsinlər"-deyə mərkəzin saytında deyilir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya