ABŞ helikopteri qəzaya uğrayıb: 22 yaralı var

post-img

ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb. Hadisə Suriyanın şimal-şərqində baş verib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı məlumata əsasən, qəza nəticəsində 22 ABŞ hərbçisi yaralanıb. İlkin məlumata əsasən, ölüm faktı qeydə alınmasa da, hərbçilər arasında ağır yaralananlar var. Yaralı hərbçilər isə hospitallara təxliyə edilib.

Mərkəzi Komandanlıq hadisə ilə bağlı araşdırmaların aparıldığını bildirib. 

Qeyd edək ki, helikopter iyunun 1-də qəzaya uğrayıb, lakin hadisə ilə bağlı məlumat indi yayılıb.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya