Kaxovka SES-in partladılması Ukraynaya 1,5 milyard avro zərər vurub

post-img

Ukraynada Kaxovka SES-in dağılması nəticəsində ətraf mühitə dəymiş zərər 1,5 milyard avro həcmində qiymətləndirilir. Bu barədə Xersonun Kiyevin nəzarətində olan hissəsinin başçısı Aleksandr Prokudin bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

Onun sözlərinə görə, bu barədə Ali Radanın ekoloji məsələlər üzrə komitəsinin iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Kaxovka SES-in bəndi iyunun 6-da gecə partladılıb. Bu, suyun nəzarətdən çıxaraq ətraf əraziləri basmasına səbəb olub. Nəticədə onlarla yaşayış məntəqəsi, o cümlədən Xerson və Novaya Kaxovka, demək olar ki, tamamilə su altında qalıb. SES özü də, demək olar ki, suya qərq olub. Kaxovka SES-in dağıdılması və ətraf ərazilərin su altında qalması ilə bağlı terrorizm maddəsi ilə cinayət işi açılıb. 

Terror aktı nəticəsində regiondan 7,1 min insan təxliyə olunub. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya