Qırğızıstan müdafiə qabiliyyətini gücləndirir

post-img

Qırğızıstan özünün müdafiə qabiliyyətinmi artırmaq üçün Mi-17 vertolyotları almağı planlaşdırır. Bu barədə ölkənin Təhlükəsizlik Şurasının iclasında Prezident Sadır Japarov deyib. Məlumatı “İnterfaks.ru” verib.

“Dünyada baş verən prosesləri nəzərə alaraq, ölkənin milli təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görmək vacibdir. Bu məqsədlə əvvəllər bəzi hərbi texnika və silahlar alınıb, bunlar təkcə “Bayraqdar”lar və “Peçora” (zenit-raket kompleksi) deyil, həm də ən yeni silahlardır. Biz həm də Mi-17 vertolyotlarını almağı planlaşdırırıq”, - deyə Prezident Japarov bildirib.

Onun sözlərinə görə, beynəlxalq terrorçu qruplaşmalar bütün Mərkəzi Asiya ölkələri üçün təhlükədir və ölkənin müdafiə qabiliyyətini artırmağı tələb edir. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya