İbrahim Kalın – “Ərdoğanın çoxdankı sirdaşı”

post-img

Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalını Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri təyin etməsi dünya mətbuatında geniş işıqlandırılır. Bu xəbər çoxları üçün gözlənilməz olub. Yunanıstan və Britaniya mətbuatı Kalın haqqında yazarkən onu “Ərdoğanın çoxdankı sirdaşı” adlandırıblar.

Qeyd etmək lazımdır ki, İbrahim Kalın parlaq publisistik qələmə malik olan ziyalılardandır. Onun şərq və qərb fəlsəfəsini və mentaliteini birləşdirən və fərqləndirən bir çox cəhətlər barədə bir neçə maraqlı essesini oxumuşam. Sö­zün doğrusu, Kalının kəşfiyyata başçı­lıq edəcəyini ağlıma belə gətirmirdim. 

Amma, çağdaş dünyanın ən müd­rik siyasətçilərindən olan Rəcəb Tayyib Ərdoğan bilir nə edir. Görünür, bu gün İ.Kalın məhz MİT rəhbəri kimi ölkəsinə daha çox fayda verə bilər. Cənab Ka­lın sayın R.T.Ərdoğanın 2003-cü ildən bəri baş nazir və prezident kimi fəaliy­yəti dövründə MİT-ə rəhbərlik etmək üçün qurumdan kənardan təyin edilən ikinci mülki məmurdur.

Londonda nəşr olunan “Middle East Eye” (MEE) nəşri “Ərdoğan sözçü­sü Kalını kəşfiyyat rəhbəri təyin etdi”, -başlıqlı xəbərində İ.Kalını “Ərdoğanın çoxdankı sirdaşı” adlandırıb. İ.Kalının 2014-cü ildən prezidentin sözçüsü və prezidentin xarici siyasət müşaviri və­zifələrində çalışdığını xatırladan nəşr qeyd edib ki, MİT-in yeni şefinin dok­torluq dərəcəsi var.

“Əhəmiyyətli məsələlərin həllində zaman-zaman R.T,Ərdoğanın xüsusi nümayəndəsi kimi təmasda olan İ.Ka­lın, xüsusilə, son zamanlar ABŞ-la mü­nasibətlərin aparılmasında alternativ kanal kimi gündəmə gəlib”,- deyə nəşr xatırladıb.

İbrahim Kalın ingilis dilini əla bi­lir. Bu faktəı qeyd etməklə yanaşı, “Əl-Ərəbiyyə” kanalı Kalının 2014-cü ildən bu yana prezidentin sözçüsü və­zifəsini icra etdiyinə diqqət çəkib. “Kalın Türkiyə prezidentinin sözçüsü kimi, xü­susilə Suriya münaqişəsi kimi böhranlı vəziyyətlərdə ölkənin xarici siyasətinin istiqamətləndirilməsində mühüm rol oynayıb. Qonşu ölkədə artan gərginlik­lə üzləşən Türkiyə humanitar mövqe­yini təhlükəsizlik maraqları ilə diqqətlə balanslaşdırmağa məcbur oldu. İ.Kalın atəşkəs sazişləri bağlamaq və sülhə başlamaq üçün Rusiya, ABŞ və İran kimi böyük güclərlə koordinasiya pro­sesinin mərkəzində yer alıb”,- kanalın şərhçisi qeyd edib.

İ.Kalının MİT-ə rəhbər təyin olun­ması Yunanıstanda sensaasiyalı xəbər kimi qarşılanıb. Bu ölkədə nəşr olunan “Kathimer” İ.Kalının MİT-in rəhbəri tə­yin edilməsini qeyd etməklə yanaşı, türk kəşfiyyatını idarə edəcək Kalın­dan sitat gətirib: “Gözəl ölkəm üçün dayanacaq yoxdur, davam et...”. “Skai” nəşri isə yazır ki, Ərdoğanın “sağ əli”, güvəndiyi adam bundan sonra Türkiyə xüsusi xidmətinin iplərini yerindən oy­nadacaq.

Qlobal mediada Kalının İsveç və Finlandiyanın NATO-ya üzv olması prosesində ən fəal rol oynayan türk rəsmisi olması, hər iki ölkə ilə təmas­da olan və 2022-ci ilin iyununda quru­lan ortaq daimi mexanizm iclaslarında Türkiyə nümayəndə heyətinə rəhbərlik etməsi, bu proseslərdəki roluna xüsisi diqqət çəkilir.

Almaniyanın populyar “Spiegel” qeyd edib ki, Türkiyə Prezidenti Ərdo­ğan seçkilərdə qələbə qazandıqdan sonra, demək olar ki, bütün kabinet və­zifələrinə yeni kadrlar təyin edib. Yeni komandanın artıq fəaliyyətə başladığı vurğulanır. 

P.S. Dünən Prezident R.T.Ərdo­ğanın sədrliyi ilə Türkiyə hökumətinin yeni tərkibdə ilk iclası keçirilib. Tədbir­də qarşıda duran mühüm vəzifələr mü­zakirə olunub.

 

M.HACIXANLI, “Xalq qəzeti”

Dünya