Haylar idmanı da siyasi təxribata çeviriblər

post-img

Ermənistanın uzun illərdir hətta idmanı da siyasiləşdirdiyi, beynəlxalq yarış və turnirlərdən dünyaya siyasi mesajlar ünvanladığı heç kimə sirr deyil. Lakin son vaxtların təcrübəsi göstərir ki, ermənilər idman faktorunu sadəcə siyasiləşdirməklə qalmır, bundan siyasi terror və təxribat məqsədilə də istifadəyə cəhd edirlər. Bunun növbəti nümunəsi İsveç–Azərbaycan futbol oyununda baş verənlər oldu. 

İdman arenasında qondarma bayraqlar

İsveç–Azərbaycan futbol ya­rışında erməni təxribatı ilə bağlı diqqət çəkən məqamlardan biri si­yasi məzmunlu plakatların qaldırıl­ması olub. Ermənistan parlamenti­nin sabiq deputatı Arman Abovyan tərəfindən ictimailəşdirilən fotolar­dan bəlli olub ki, erməni təxribatçı­ları arenada qaldırdıqları banner və plakatlarda Qarabağın Ermənista­na məxsusluğu ilə bağlı şüarlar yer alıb. 

Daha bir məqam idman arena­sında tarixin zibilliyinə göndərilən qondarma “Dağlıq Qarabağ Res­publikası”nın “bayrağı”nın qaldırıl­ması olub. 44 günlük Vətən müha­ribəsində ordumuzun dəfn etdiyi “Artsax” bayraqlarının stadiona yol tapması erməni təxribatçılarınn “ölmüş bayraqları” xortdatmaq niy­yətindən əl çəkmədiyini göstərir. İsveç-Azərbaycan futbol yarışında qarşısı alınan təxribat həm də onu göstərir ki, ermənilər diplomatik etiketə malik olmadıqları kimi, id­man mədəniyyətindən də uzaqdır­lar. 

Onu da qeyd edək ki, Stokholm­da qaldırılan “Artsax” bayraqlarının taleyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları ilə eyni olub. Stadionda separatçı rejimin bayraqları cəmi 30 saniyə görü­nüb. Bundan sonra o əski parça­ları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yığışdırılıb. Polis oyunun gedişində hayların Laçın yolu ilə bağlı plakatlarını da yığışdırıb.

Türkiyənin Dövlət himninə həqarət 

Martın 25-də Ermənistanla Tür­kiyə arasında futbol üzrə Avropa çempionatının seçmə mərhələ­sinin qrup oyunları çərçivəsində Razdanda keçirilən qarşılaşma da təxribatla yadda qalıb. Stadionda Türkiyənin Dövlət himni səslənən zaman erməni azarkeşləri kütləvi şəkildə fit çalaraq qardaş ölkənin himninə açıq şəkildə hörmətsizlik ediblər. Oyun ərzində qeydə alınan çoxsaylı təxribatlara rəğmən, Tür­kiyə səfərdə qələbəni təmin edib və Ermənistanı 2:1 hesabı ilə məğlu­biyyətə uğradıb.

Erməni futbolçusundan İrəvanın terror siyasətinə açıq dəstək 

Məlumat üçün qeyd edək ki, Er­mənistan millisində yer alan futbol­çularla yanaşı, müxtəlif dövlətlərin futbol klublarında oynayan erməni idmançılar da Azərbaycana qarşı təxribatçı addımlara, açıqlamalara yol veriblər. Belə açıqlamalardan biri 2020-ci ilin noyabrın 7-də Al­maniyanın “Hoffenhaym” klubu­nun erməni əsilli futbolçusu Sarkis Adamyan tərəfindən səsləndirilib. Komandasının “Slovan”a (Çexiya) qarşı keçirdiyi Avroliqa matçından sonra Sarkis Adamyan “sport24.ru” saytına açıqlamasında bildirib ki, əldə etdikləri qələbəni Azərbaycan Ordusuna qarşı döyüşən “qardaş və bacılarına” həsr edir: “Dublumu vətənimə, Artsaxda döyüşən bacı və qardaşlarıma həsr edirəm. Siz hamınız qəhrəmansınız. Sizi bağ­rıma basıram. Mənim qollarım bu çətin günlərdə Ermənistan xalqı üçün kiçik bir hədiyyədir. Erməni qəhrəmanlara eşq olsun. Biz qalib gələcəyik”. 

Xatırladaq ki, idmançıların si­yasi məzmunlu bu cür açıqlamalar səsləndirməsi FİFA və UEFA-nın qaydaları ilə açıq ziddiyyət təşkil edir və qanunla qadağandır. Buna baxmayaraq, demək olar ki, bütün yarışlarda ermənilər oxşar təxribat­ları törədir və bunlar cəzasız qalır.

Futbolçularımıza qarşı “dronlu həmlə”

Ermənilərin stadionda növbəti təxribatı 2023-cü il oktyabrın 3-də baş verib. Lüksemburqda gerçək­ləşən “Qarabağ”- “Düdelanj” oyunu zamanı bir qrup erməni meydança­ya dronla “dqr”ın bayrağı adına əski parçası endirib. Sözügedən təxri­bat azərbaycanlı futbolçuların sərt etirazına səbəb olub. Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə ya­ranıb. Haylar bu təxribatla təşkilatçı tərəf kimi Lüksemburq rəsmilərini də çətin vəziyyətə salıblar. Ölkənin idman naziri baş verənlərə görə üzr istədikdən, habelə təxribatda iştirak edən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirdikdən sonra oyun yenidən davam edib. 

Ümumiyyətlə, ermənilərin id­man arenalarında təxribatları ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bu faktların hər biri onu deməyə əsas verir ki, terrorçu harada olma­sından asılı olmayaraq, terrorçudur və bu, ciddi təhlükə mənbəyidir. Bu təhlükənin qarşısını təkcə biz deyil, bütün bəşəriyyət almalıdır. 

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət