Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən rapid üzrə beynəlxalq turnirdə iştirak edir.
Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumatda bildirilir ki, 38 yaşlı qrossmeysterimizlə yanaşı, yarışda rusiyalı Aleksandr Qrişuk, Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar da mübarizə aparırlar.
Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənovdur.
Qeyd edək ki, yarışın mükafat fondu 50 min ABŞ dollarıdır.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”