Jasmin Zin: Müsəlmanlar Avropada neqativ insanlar kimi təqdim edilirlər

post-img

Etiraf etmək lazımdır ki, islamofobiya hazırda dözülməz həddədir. Bir çox ölkələrdə müsəlmanlar qətlə yetirilir və ya təhqiredici hərəkətlərə məruz qalırlar.

"Xalq qəzeti"nin məlumatına görə, bu sözləri Kanadanın “Wilfrid Laurier” Universitetinin Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zin “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” adlı plenar sessiyada çıxışı zamanı dedi. 

Kanadalı professor vurğuladı ki, bəzi ölkələrdə qadınlar daha çox hədəfə alınır. O, bildirdi ki, müsəlmanlar Fransa və bəzi ölkələrdə mənfi obrazda təqdim olunurlar: "Gender məsələsində, həmçinin müsəlman qadınlarının geyimləri terrorist geyimi kimi qələmə verilir və cəmiyyətə aşılanır". J.Zin bunun yolverilməz hal olduğuni diqqətə çatdırdı. Belə mənfi tendensiyaya qarşı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladı.

Siyasət