Bolqarıstan Prezidenti: Biz əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq

post-img

Prezident İlham Əliyevin Sofiyaya səfəri enerji sahəsi ilə yanaşı, Bolqarıstan-Azərbaycan əməkdaşlığının digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi.

AZƏRTAC xəbər verir ki, bu fikri Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşdə söyləyib.

Bolqarıstanın Azərbaycandan qaz almasından məmnunluğunu bildirən Prezident Rumen Radev deyib: “Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz Sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir”.

Siyasət