Tsaba Körösi: Azərbaycan Qoşulmama Hərəkatın təsisatlanması üçün praktiki təkliflərlə çıxış edib

post-img

Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sistemində mühüm rola malik təsisatdır. Azərbaycanın sədrliyi dövründə Hərəkatın BMT Baş Assambleyasında və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolu daha da güclənib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.

Hərəkatın təsisatlanması üçün Azərbaycanın praktiki təkliflərlə çıxış etdiyini vurğulayan Tsaba Körösi, həmçinin BMT Baş Assambleyasına həm maliyyə nöqteyi-nəzərindən, həm də kadrlar vasitəsilə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, Baş Assambleyanın ofisində azərbaycanlı mütəxəssisin də çalışmasını müsbət amil kimi dəyərləndirib.

Siyasət