Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçuları təltif edildi

post-img

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

 

Allahverdiyeva Amaliya Kərim qızı

İsmayılova Ruhiyyə Həsən qızı

Məmmədova Elnara Xasay qızı

Rüstəmov Rövşən Rüstəm oğlu

Valehov Ceyhun Ağanəzər oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2023-cü il 

Sərəncamlar