Avropa çempionatında 5 medal

post-img

Azərbaycan cüdoçuları Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatının fərdi yarışını 5 medalla başa vurublar.

Çempionatın 4-cü günündə Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə Gürcüstan təmsilçisi İlya Sulamanidzeyə məğlub olaraq gümüş medalla kifayətlənib.

Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Leyla QURBANOVA
XQ

 

İdman