WUF13-də Naxçıvana həsr olunmuş sənədli filmin təqdimatı olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

WUF13 çərçivəsində Naxçıvan haqqında hazırlanmış sənədli filmin təqdimatı keçirilib.

XQ xəbər verir ki, filmdə Naxçıvanın zəngin tarixi irsi, mədəni abidələri, təhsil müəssisələri və şəhərin müasir inkişafı geniş şəkildə əks olunub. Ekran işində həm qədim tarixi məkanlar, həm də bölgənin son illərdə keçdiyi inkişaf yolu diqqətə çatdırılıb.

Təqdimat zamanı sənədli film forum iştirakçılarının marağına səbəb olub və onu müxtəlif ölkələrdən gəlmiş nümayəndələr izləyiblər.

Sosial həyat