Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının (bundan sonra – Dövlət Komissiyası) aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Dövlət Komissiyasının sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti
Dövlət Komissiyasının üzvləri
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
PAŞA Holdinqin Baş icraçı direktoru
NEQSOL Holdinqin Baş icraçı direktoru
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
2. Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərsin.
4. “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1111 (Cild I) ləğv edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2025-ci il