DNT-ni aşkar edən yeni üsul

post-img

Florida Universitetinin bir qrup tədqiqatçısı canlılara məxsus xüsusiyyətləri və onların DNT məlumatlarını öyrənmək üçün yeni tədqiqat üsulları aşkar ediblər. 

Bu barədə “Nature Ecology & Evolution” elmi jurnalında məlumat dərc olunub. Qeyd olunur ki, adıçəkilən tədqiqat üsulu nəsli kə­silməkdə olan dəniz tısbağalarını öyrənir və onların DNT nümunələrini toplayır. 

Tədqiqat zamanı, həmçinin insanların da genetik məlumatları götürülür, heyvanla­rın DNT məlumatları ilə uyğunlaşdırılır. Bu məqsədlə də altı nəfərin işlədiyi 280 kvadrat­metrlik (3,013 kvadrat fut) heyvan klinikasın­da insanlardan və heyvanlardan genetik xü­susiyyətlər götürülərək laboratoriyalara təhvil verilib. 

Yeni tədqiqat üsulu gələcəkdə itkin düşən şəxslərin tapılması, cinayətlərin açılması üçün məhkəmə-tibbi araşdırmaların aparılması, mühüm arxeoloji ərazilərin müəyyən edilməsi və çirkab sularda aşkar edilən DNT izləri va­sitəsilə ətraf mühiti xəstəliklərdən qorumaq üçün vacib əhəmiyyətə malik olacaq. 

Fidan SALMANOVA, “Xalq qəzeti”

Səhiyyə