BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub

post-img

Bakı Dövlət Universiteti “BDU könüllüləri” təşkilatının təşəbbüsü,  IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə keçirilən “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub.

Ali təhsil ocağından XQ-ə verilən məlumata görə, kampaniyaya uyğun olaraq 28 mart saat 20:30-dan başlayaraq BDU-nun tədris korpusunda işıqlar bir saatlıq söndürülüb.

Qeyd edək ki, bu il dünyada “Yer saatı”nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub. O vaxtdan bəri ölkəmizdə kampaniya hər il IDEA-nın dəstəyi ilə keçirilir. Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir.













Ekologiya