Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 134 ədəd yük avtomobili istehsal edilib.
XQ bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobili istehsalı 122 ədəd və ya 11,2 dəfə artıb.
2025-ci ilin yanvar-fevral ayları ərzində bu göstərici 12 ədəd təşkil edib.
1 mart 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 19 ədəd təşkil edib ki, bu da illik müqayisədə 17 ədəd və ya 9,5 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır yük avtomobili ehtiyatı 2 ədəd olub.

