Aprelin 1-dən başlayacaq yeni maliyyə ili ərəfəsində Hindistan hökuməti iqtisadi artım proqnozlarını yenidən nəzərdən keçirir.
Ötən gün açıqlanan rəsmi hesabatda illik artım 7-7,4 faiz proqnozlaşdırılsa da, Yaxın Şərqdəki hərbi-siyasi gərginlik bu rəqəmləri sual altına qoyub.
Hörmüz boğazındakı qeyri-sabitlik Hindistanda yanacaq qiymətlərinin artmasına və logistik zəncirin pozulmasına səbəb olub. Eyni zamanda, milli valyuta – rupi digər xarici valyutalar qarşısında sürətlə dəyər itirir. İqtisadçıların qənaətinə görə, aprel ayının ilkin göstəricilərindən sonra rəsmi artım proqnozunun aşağı salınması qaçılmazdır.
XQ

