FHN: Su basmış ərazilərdən 216 nəfər təhlükəsiz yerlərə təxliyə edilib

post-img

İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən XQ-ə bildiriblər ki, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla, ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.





Hadisə