FHN: Su basmış ərazilərdən ümumilikdə 278 nəfər təhlükəsiz yerlərə təxliyə edilib

post-img

İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən XQ-ə bildiriblər ki, görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.





Hadisə