Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 174 Bakı şəhəri, 31 may 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Si­yahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 24 yanvar tarixli 19 nömrəli, “Aqrar sığorta” informasiya sistemi­nin Əsasnaməsi”nin və “Aqrar sığor­ta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutu­lan məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” 2020-ci il 6 iyul ta­rixli 238 nömrəli, “Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası”­nın təsdiq edilməsi haqqında” 2020-ci il 20 oktyabr tarixli 401 nömrəli, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi təd­birlər haqqında” 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli, “Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə mə­lumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hö­kumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informa­siya ehtiyatlarının və sistemlərinin Si­yahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli 479 nömrəli, “Əlilliyi olan şəxslərin reyestrinin apa­rılması Qaydası”nın təsdiq edilməsi barədə” 2021-ci il 28 yanvar tarixli 18 nömrəli, “İcbari tibbi sığorta üzrə mə­lumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və isti­fadə Qaydası, o cümlədən həmin mə­lumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurs­larının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nin təsdiq edilməsi haqqında” 2021-ci il 13 oktyabr tarixli 308 nömrəli və “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvənd­ləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağa­laraq immunitetə malik olmalarını təs­diq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2021-ci il 27 noyabr tarixli 371 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azər­baycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəet­mənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət in­formasiya ehtiyatları və sistemlərinin for­malaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağ­lı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanların­da dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanı­nın 4.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 19 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 68; 2016, № 11, maddə 1945; 2018, № 5, maddə 1140) ilə təs­diq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xid­mət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 3-cü hissəsi ləğv edilsin.

2. “Aqrar sığorta” informasiya siste­minin Əsasnaməsi”nin və “Aqrar sığor­ta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların Siyahısı”nın təsdiq edil­məsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul ta­rixli 238 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 968) aşağıdakı dəyi­şikliklər edilsin:

2.1. 3-cü hissədə “Prezidenti yanın­da Vətəndaşlara Xidmət və Sosial İnno­vasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Aqrar sığorta” informa­siya sisteminin Əsasnaməsi”nin 6.1.9-cu və 6.1.10-cu yarımbəndlərində “Prezi­denti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent­liyinə” sözləri “Rəqəmsal İnkişaf və Nəq­liyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. “Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası”nın təsdiq edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 okt­yabr tarixli 401 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1289) 2-ci hissəsində “Prezidenti yanında Vətən­daşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316; 2021, № 2, maddə 203, № 4, maddələr 416, 418, № 9, maddə 1064, № 12, maddə 1510; 2022, № 4, maddə 381, № 6, maddə 685, № 11, maddə 1351, № 12, mad­dələr 1550, 1552; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 70 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü hissənin ikinci abzasının üçüncü cümləsindən “və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasi­yalar üzrə Dövlət Agentliyi” sözləri çıxa­rılsın;

4.2. 5-ci hissənin üçüncü abzasının ikinci cümləsindən “(VXSİDA)” akronimi, dördüncü abzasının birinci cümləsindən “və VXSİDA-nın” sözləri və on birinci ab­zasından “, VXSİDA” akronimi çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 dekabr tarixli 479 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1583) ilə təsdiq edilmiş “Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, ha­belə vətəndaşların dəfni ilə bağlı məlu­matların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sis­temlərinin Siyahısı”nın 1.3-cü və 2.2-ci bəndlərində “Prezidenti yanında Vətən­daşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli 18 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 101, № 6 (IV kitab), maddə 671, № 12, maddə 1536) 2-ci hissəsində “Prezidenti yanında Vətən­daşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatı­nın) formalaşdırılması və istifadə Qayda­sı, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteq­rasiya edilməli olan informasiya sistem­lərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nin təs­diq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2021-ci il 13 oktyabr tarixli 308 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2021, № 10, maddə 1177; Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2023-cü il 9 mart tarixli 82 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2-ci hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnno­vasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş “İc­bari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) forma­laşdırılması və istifadə Qaydası, o cüm­lədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edil­məli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatla­ra buraxılış dərəcəsi”nin 5.1-ci bəndində “Prezidenti yanında Vətəndaşlara Xid­mət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 11, maddə 1293, № 12, maddə 1543, № 1, maddə 79; Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2023-cü il 9 mart tarixli 82 nömrəli Qərarı) ilə təs­diq edilmiş 1 nömrəli əlavə - “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, pey­vəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağala­raq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”­nın 5.7-ci bəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnno­vasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları