Şuşada beynəlxalq rəqs festivalı

post-img

Şuşada “Heydər Əliyev – Türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilib.

Beynəlxalq rəqs festivalının təşki­lində məqsəd uşaq və gəncləri dünya­şöhrətli siyasətçi Heydər Əliyevin Türk dünyası ilə bağlı gördüyü işlər haqqında məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq, uşaq­ları bir-birilərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçıla­ra tanıtmaq olub.

Festivalda Türkiyə, Qazaxıstan, Qır­ğızıstan, Özbəkistan və Azərbaycandan olan 150-yə yaxın məktəbli tmüxtəlif rəqs nömrələrini nümayiş etdiriblər.

Büynəlxalq şənlikdə Azərbaycan Respublikası Prezidenti Administra­siyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbə­sinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil na­ziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko­mitəsinin sədr müavini Sədaqət Qəh­rəmanova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, tanın­mış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları və digər qonaqlar iştirak ediblər.

“Xalq qəzeti”

Mədəniyyət