Baş prokuror Astarada qəbul keçirib

post-img

İyunun 2-də Baş prokuror Kamran Əliyev Astara Rayon Prokurorluğunun inzibati binasında Astara, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbulda iştirak edən 31 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin is­tintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xa­rakterli mübahisələrlə əlaqədar və so­sial problemlərə aid müraciətlərin bila­vasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kam­ran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onla­ra konkret tapşırıqlar verib, vətəndaşla­rın müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqla­rını diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror Prezidentin 2021-ci il 7 may tarixli fərmanı əsasın­da yaradılan və Azərbaycan prokuror­luq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologi­yalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəa­liyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaşların təkliflə­rini dinləyib, eləcə də müzakirələr apa­rılmaqla müvafiq göstərişlər verib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər