İlon Mask yenə dünyanın ən varlı adamı seçilib

post-img

Dünya şöhrətli mühəndis İlon Mask yenidən dünyanın ən varlı şəxsi seçilib.

United Press International (UPI)  xəbər verir ki, aprel ayında dünyanın ən varlı adamı titulunu Louis Vuitton markası da daxil olmaqla lüks istehlak malları qrupu LVMH-nin prezidenti Bernard Arnault-a təhvil verən Mask, sözüagedən şirkətin səhmlərinin dəyər itirməsi səbəbindən yenidən dünyanın ən zənginləri siyahısında birinci yeri tutub.

Bloomberg Milyarderlər İndeksinin “Dünyanın ən zəngin 500 adamı” siyahısına əsaslanan xəbərə görə, Twitter, Tesla və SpaceX-in sahibi Mask 192 milyard dollar təxmin edilən xalis sərvəti ilə siyahıda ilk yerdə qərarlaşıb.

Qeyd edək ki, Cənubi Afrikada doğulmuş ABŞ-lı sahibkar, mühəndis və dünyanın ən böyük iş adamıdır. SpaceX şirkətinin təsisçisi, Tesla-nın ilkin investoru və baş icraçı direktorudur. 

Anar ƏLİ,

“Xalq qəzeti”

Maraqlı