Goranboyda uşaq festivalı keçirildi

post-img

         Goranboy şəhərindəki şəhid Şamil Quliyev adına 1 nömrəli körpələr evi-uşaq bağçasında “2023-cü il - Heydər Əliyev ili” ilə bağlı “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş uşaq festivalı keçirildi.

          Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, bir qrup ictimai fəal, şəhid ailələri, qazilər, şəhid və qazi övladları və əlaqədar təşkilatların nümayəndələri iştirak etdilər.

          Uşaqların hazırladığı əl işləri, şən musiqi və rəqs nümunələri, maraqlı səhnəciklər toplaşanların marağına səbəb oldu. 

 

                            Hamlet QASIMOV,

 “Xalq qəzeti”

 











Sosial həyat