Rusiya ordusuna Su-34 təyyarələri təhvil verilib

post-img

Rusiya Aerokosmik Qüvvələrinə Su-34 təyyarələrinin yeni bir partiyası təhvil verilib.

Birləşmiş Təyyarə Korporasiyasının məlumatına əsasən, bu təyyarələrin təkmil aviasiya silahlarından istifadə imkanları genişləndirilib. Bunun nəticəsində yerüstü hədəflərin məhv edilməsi diapazonu artırılacaq. Təkmil aviasiya silahlarından istifadə imkanlarının genişləndirilməsi həm də Su-34-ün dəqiqliyini maksimuma qaldıracaq.

Qeyd edək ki, Su-34-lər Novosibirsk Aviasiya Zavodunda hazırlanıb. 

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya