Matriarxata qəsd hansı məqsədlə edilib?

post-img

Patriarxatdan əvvəlki matriarxat mədəniyyəti haqqında çox danışılır. Amma insanlığın taleyindəki bu dəyişikliyin səbəbləri və hərəkət trayektoriyası barədə söz açan çox azdır. Təbii, şablon şəkildə söylənilənləri nəzərdə tutmuruq. Belə bir versiya da var ki, matriarxat və qadın hakimiyyəti qadınların müasir sivilizasiyaya maneçilik törədən dindar təbiətə malik olduqlarından aradan qalxıb, yaxud məqsədli şəkildə aradan qaldırılıb. 

Bəli, məqsədli şəkildə. Heç kəsə sirr deyil ki, Yaxın Şərqdəki müharibələr qlobal güclərin oyunudur. Bu oyunda müxtəlif məqamlar ortaya atılır – neft, demokratiya və sair. Ayrı-ayrı qrupların maraqlarından da söhbət açmaq müm­kündür. Sual olunur: oyunların muzey­lərə və kitabxanalara aidiyyatı nədir? Səbəb nədir ki, həmin yerlərə də od vurulub... 

Diqqət yetirək: hələ 2011-ci ildə Mi­sirin paytaxtı Qahirədəki küçə etirazları gedişində dünya tarixinin inkişafının müxtəlif mərhələlərini əks etdirən na­dir nümunələr məhv edilmişdi. Elmi mərkəz adlandırılan qədim kitabxana Misir parlamentinin binasının yalnız bir hissəsini təşkil edirdi. Təxribatçılar kütləni məhz həmin istiqamətə tərəf yönləndirdilər və binaya yanğıntörədən vasitələr atdılar.

Liviyadakı müharibə zamanı isə ölkənin milli bankından özündə antik dövrün 10 min incəsənət predmetini birləşdirən “Benqazinin xəzinəsi” adlı arxeoloji külliyyat yoxa çıxdı. Bundan başqa Leptis Maqna və Sabrat kimi şəhərlər bombardımana məruz qala­raq Yer üzərindən, demək olar silindi. 

İraq amerikalılar tərəfindən ələ ke­çirilən ilk gün Bağdadın milli muzeyi qarət olundu. Eyni aqibəti ölkənin an­tik dövr sənədlərinin saxlandığı milli kitabxanası da yaşadı. Bütün bunları təsadüf kimi qiymətləndirmək müm­künsüzdür. 

Nəzərə alsaq ki, yuxarıda sadaladı­ğımız məxəzlərdə qədim dövrün, yəni matriarxatın nümunələri saxlanılırdı. Deməli, həmin məkanların yer üzün­dən silinməsi məqsədli imiş. Məqsəd isə matriarxata məxsus dəyərlərin sı­radan çıxarılmasıdır. Nə üçün? Suala cavab axtaraq.

***

Nə vaxtsa dünyanın vahid torpaq­dan – Pangeyadan ibarət olduğunu təsəvvürə gətirsək və nəzərə alsaq ki, başlanğıc matriarxatdan qurulub, uzun müddət gerilik içərisində olan Şərqdə, əslində, ictimai-siyasi formasiya tipinin əsrlərlə saxlanılması fonunda, yəni is­tehsal münasibətlərindəki dəyişiklik­lərin çox ləng getdiyi bir dövrdə qadın amili öz varlığını qoruyurdu. Ənənəvi xüsusiyyətlərdən biri də sonrakı tərəqqi dönəmində bu ənənənin saxlanılması olmuşdu və mədəniyyətlər də inkişafını məhz qadın sindromu ilə bağlı tapırdı. Mövcud mənada amazonkaların bütün dünyada yaşadıqlarını, məhz indiki Li­viya ərazisində isə hələ Misirin yaran­masından da min il əvvəl olduqlarını söyləmək mümkündür. 

Qadına dəyər onun dünyanın dərk etmək bacarığı ilə bağlıdır. Burada heç də məsələ qadının təhlil qabiliyyəti­nin yüksəkliyində deyil, hərçənd son araşdırmalar göstərir ki, qadınlar bu mənada kişilərdəndən daha yüksəkdə­dirlər. Məsələ sadəcə intuisiyadadır. O intuisiyada ki, hər hansı hesablamasız, təhlilsiz, intellektual mühakiməsiz – fi­lansız, sadəcə olaraq, bilmək bacarığı üzərində köklənib. 

Məsələyə bir qədər də fəlsəfi ya­naşsaq, inanclı qadınları məhv edən patriarxal kilsə və onunla müttəfiq olan patriarxal dövlətlər, əslində, solyarım­kürəli insan tipi formalaşdırıblar. Bu insan intuitiv düşünmə qabiliyyətindən məhrum olaraq Allahla da əlaqəsini itirir. Buna görə xristian aləmində çox tez-tez belə bir sual ortaya çıxır: din xadimi olaraq kimi görürsünüz, qadını, yoxsa kişini? Sual birincinin xeyrinə ca­vablandırılır və iddia olunur ki, əgər in­sanı Allah yoluna gətirməkdən söhbət gedirsə, bunu qadın etməlidir. Çünki Tanrını intellektlə dərk etmək mümkün­süzdür.

İndi isə təsəvvür edin ki, Aralıq dənizi hövzəsində amazon mədəniy­yətinin izləri var. O mədəniyyətin ki, müharibələrsiz filansız insanların azal­ma-artma səviyyəsini tənzimləyib. Hə­min mədəniyyətə xas xüsusiyyət dövlə­tin öz vətəndaşına münasibətdə məhz ana qayğısı göstərməsidir ki, həmin qayğı, eyni zamanda, Allahın düzgün dərkinə yol açır. Mövcud cəhətə diqqət yetirənlər bəzən bunu yəhudilərin və Yerusəlimin əsl tarixi kimi qələmə verir­lər. Hərçənd, belə bir mədəniyyətə, sö­zün yaxşı mənasında, hamı iddia edə bilər və hamının da ondan nə isə yaxşı şey götürməsi məqbuldur. 

Vaxtilə avropalıların üzərində indi­ki ABŞ-ın da qərarlaşdığı torpaqlarda matriarxat hökm sürürdü. O quruluş məhvə məruz qaldı. Hazırda isə qlobal güclərin hərəkətləri ilə eyni zamanda, həmin quruluşun daşıdığı mədəniyyəti də yox edilir. Nəticədə hər şeydən, hər cür zəruri müqəddəslikdən, dəyərlər­dən uzaqlaşma meyilləri yaranır. Belə mövcudiyyətdə isə əsrlərlə qərarlaş­mış mədəniyyətdən, mənəvi baxım­dan bir-birindən uzaq, deqredasiyaya uğramış yırtıcı insan obrazı formalaşır ki, ondan istənilən məqsədlər üçün “yararlanmaq” mümkündür. Dünyada­kı hazırkı proseslərə diqqət yetirdikdə, həmin “məqsədlər”i asanlıqla görə bilə­rik.

 

R.AMİN



Maraqlı