BP ölkəmizin mötəbər enerji tərəfdaşıdır

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən redaksiyamıza bildiriblər ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inki­şaf perspektivləri nəzərdən keçirildi. 

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin önəmi qeyd edil­di. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər müzakirə olundu.

Görüşdə, həmçinin Azərbaycanın paytaxtında keçirilən Bakı Enerji Həftə­sinin əhəmiyyəti vurğulandı.

“Xalq qəzeti”

Son xəbərlər