Mövqelərimiz atəşə tutulub

post-img

İyunun 2-si saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi­nin mətbuat xidmətin­dən bildirilib ki, bun­dan başqa, saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazi­sindəki qeyri-qanuni erməni silahlı dəstələ­rinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Azərbaycan Or­dusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Xalq qəzeti”

Son xəbərlər