Şuşa qadın basketbolçuların turnirinə ev sahibliyi edəcək

post-img

Qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti oyunları iyunun 12-13-də Şuşada baş tutacaq. Yarışda 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub komandası olmaqla ümumilikdə 8 komanda iştirak edəcək. 

İştirakçı komandalar – Almaniya, Niderland, Rumınya, Macarıstan, Türkiyə, Azərbaycan 3x3 qadın yığma komandaları, Yaponiyanın "G FLOU" və yerli təmsilçimiz "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaq.

Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Şuşa mərhələsinin oyunları Şuşa şəhər "Tut Bağı"nda keçiriləcək və CBC Sport telekanalı ilə basketbolsevərlərə təqdim olunacaq.

Elçin ABBASOB,
"Xalq qəzeti"

İdman