Taekvondo üzrə dünya çempionatında beşinci günün nəticələri

post-img

Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatının beşinci günündə daha iki çəki dərəcəsi üzrə (54 və 46 kq) medalçılar müəyyənləşib.

Qeyd edək ki, yarışın beşinci günündə kişilər arasında 54 kiloqram çəki dərəcəsində dünya çempionu Cənubi Koreya takevonduçusu Tay-Jun Park olub. Bu çəki dərəcəsi üzrə gümüş medala İspaniya təmsilçisi Hüqo Arilyo Vaskes yiyələnib. Bürünc medalları isə özbəkistanlı Omonjon Otajonov və Türkiyə idmançısı Görkem Polat qazanıblar.

Yarışın beşinci günündə qadınlar arasında 46 kiloqram çəkidə qızıl medala Xorvatiya təmsilçisi Lena Stoykoviç sahib olub. Gümüş medal isə Tayland idmaçısı Siken Kamonçanoka nəsib olub.

Üçüncü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutublar.

Dünya çempionatı sabah başa çatacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"



İdman