Bu gün iki taekvondoçumuz mübarizəyə başlayır

post-img

Bu gün Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında Azərbaycanın daha iki taekvondoçusu mübarizəyə başlayacaq.

Kişilər arasında 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov otuzikidəbir finalda Vasilli Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) cütünün qalibini sınağa çəkəcək.

Qadınların yarışında isə 62 kiıoqram çəkidə Fatimə Məcidova onaltıdabir final mərhələsində Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, iyunun 4-də başa çatacaq dünya çempionatında dünyanın 145 ölkəsindən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparır. Artıq 12 dəst medal sahibini tapıb. 

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman