"Mən Vətənəm" kitabı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təqdim olunub

post-img

"Cəbhədən cəmiyyətə" müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın təqdimatı keçirilib. Layihə Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə DGTYB -nin Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Bu barədə layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar məlumat verib. Tədbirdə  dövlət rəsmiləri, yazıçılar, şairlər və ictimaiyyət nümayəndələri iştirak edərək, layihə və kitab haqqında fikirlərini bölüşüblər.

Yekunda layihənin həyata keçirilməsində fəal iştirak edən müəlliflər və təşkilatçılar Dünya Gənc Türk Yazarlar Birliyininin diplomları ilə təltif olunublar. Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.

Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində bundan öncə Mingəçevir şəhərində, Gədəbəy və Samux rayonlarında silsilə tədbirlər keçirilib.

Rizvan FİKRƏTOĞLU, 
“Xalq qəzeti”





Son xəbərlər