“Yaşıl iqtisadiyyat”da milli parlamentlərin rolu

post-img

Dünən Milli Məclisin və ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.

Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəh­bəri, qurumun İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev ATƏT-in 27 müxtəlif ölkəsindən və 4 beynəlxalq təşkilatdan bir çox nümayəndələrin top­lantıya qatıldığını söyləyib.

O milli iqtisadiyyatlarda “yaşıl” prin­siplərin həyata keçirilməsində parla­mentlərin rolu, bu sahədə əlaqələrin, davamlı inkişafla bağlı təcrübə müba­diləsinin əhəmiyyətindən danışıb. 

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, “yaşıl” texnologiyaların isti­fadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm də yeni iqtisadi perspektivlər yaradacaq. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət tə­sir göstərəcək. İnklüziv yaşıl iqtisadiy­yata keçid istər-istəməz tədricən olacaq və bir çox problemlərlə müşayiət edilə­cək. Ancaq irəliyə doğru düzgün addım­lar ataraq onu sabit və davamlı etmək olar. Milli Məclisin sədri qeyd edib ki, bu, Azərbaycanın gündəmində də mü­hüm yer tutur. Son illərdə bərpaolunan enerji mənbələrinin enerji təchizatındakı payının əhəmiyyətli dərəcədə artırılma­sı üçün mühüm addımlar atılıb. 

Sonra ATƏT PA-nın sədri Marqare­ta Sederfelt, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella çıxış edib­lər.

Onlar tədbirin ATƏT regionunda ət­raf mühitin mühafizəsi problemlərinin aradan qaldırılmasına, ekoloji böhran şəraitində milli iqtisadiyyatların daya­nıqlı inkişafının təmin edilməsinə, sa­bitliyin qorunmasına töhfə verəcəyinə əminliklərini bildiriblər. 

Konfrans öz işini panellərdə davam etdirib.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Son xəbərlər