SSRİ tərəfindən 1972-ci ildə Veneranı araşdırmaq üçün buraxılmış Kosmos-482 kosmik gəmisi mayın 10-da Hind okeanına düşüb.
Məlumata görə, gəmi Moskva vaxtı ilə saat 9:24-də Orta Andaman adasından 560 km qərbdə atmosferin sıx təbəqələrinə daxil olub və İndoneziyanın paytaxtı Cakartanın qərbində okeana düşüb.
“Kosmos-482” kosmik gəmisi orbitdən çıxaraq Hind okeanına düşərək fəaliyyətini dayandırıb”, - deyə ruslar bildiriblər.
Əvvəllər media yazırdı ki, 53 il sonra “Kosmos 482” Yerə qayıdır və sıx məskunlaşan əraziyə düşə biləcəyi üçün “potensial təhlükə yaradır”.
500 kq ağırlığında olan obyekt saatda bir neçə yüz kilometrə çataraq okeana düşüb.
S.ELAY
XQ