2028-ci il Olimpiadasına evsahibliyi edəcək Los-Anceles Olimpiya Oyunları açılış mərasiminin 2 stadionda keçiriləcəyi ilk şəhər olacaq.
Təşkilatçılar tədbirin 2028-ci il iyulun 14-də “Los Angeles Memorial Coliseum” və “SoFi” stadionunda keçiriləcəyini təsdiqləyiblər.
1932 və 1984-cü il olimpiadalarında da istifadə edilən “Kolizey”də həmçinin iyulun 30-da bağlanış mərasimi təşkil ediləcək. Bu arena üç Olimpiya Oyunlarında tədbirlərin keçirildiyi ilk məkan kimi tarixə düşəcək.
Paralimpiya Oyunlarının açılış mərasimi isə avqustun 15-də Amerika futbolu üzrə “Los Angeles Rams” və “Los Angeles Chargers” komandalarına evsahibliyi edən “SoFi” stadionunda, bağlanışı isə avqustun 27-də “Kolizey”də olacaq.
Açılış mərasiminin təfərrüatları, o cümlədən hər iki stadionun necə istifadə ediləcəyi hələlik açıqlanmayıb.
L.AZAD
XQ