Dələduzluğa görə 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib

post-img

Polis əməkdaşlarının mayın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Mayın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat