Azərbaycanda Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi başa çatıb

post-img

Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermə başa çatıb.

Anadolu agentliyi xəbər verir ki, Tür­kiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında 3 gün davam edən səsvermə saat 22:00-da yekunlaşıb.

Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 qutu olmaqla ümumilikdə 15 qutu olub. Səfirliyin binasında 7417, Gəncə­də 2277, Naxçıvanda isə 1349 nəfər ol­maqla ümumilikdə 11 min 43 seçici səs verib.

Bülletenlər diplomatik poçtla Tür­kiyəyə göndərilib.

Azərbaycandakı türk seçicilərin 60,26 faizi birinci turda iştirak edib.

Son xəbərlər