Media savadlılığı və dezinformasiya ilə mübarizə

post-img

Dünən Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb.

Təlimlərin keçirilməsində əsas məqsəd jurnalistlərin və təhsil işçilərinin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu is­tiqamətdə inkişaf imkanlarının geniş­ləndirilməsidir.

İki gün davam edəcək təlim proq­ramı çərçivəsində “The European Al­liance” xəbər agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Uni­versità Svizzera İtaliana” (USI) Uni­versitetinin media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd təhsil və media, kütləvi informasiyanın məzmu­nu, onun ötürülməsi və istehlakı, tənqidi dəyərləndirmə, təhlilaparma qabiliyyəti, yeni media mühitindəki tendensiyalar və digər mövzularla bağlı öz təcrübələ­rini bölüşəcəklər. 

“Xalq qəzeti”

Sosial həyat