XİN-in nümayəndə heyəti ABŞ-da

post-img

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a işgüzar səfər edib.

Azərbaycanlı diplomatlar ABŞ Senatının üzvləri senator Tom Koton, senator Ben Kardin, Konqresin Nümayəndələr Palata­sının üzvləri Cək Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşüblər.

Aparılan söhbətlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri, həmçinin regionda ge­dən proseslər, eyni zamanda, Ermənistanla davam edən sülh danışıqları barədə qarşı tərəf məlumatlandırılıb. “Laçın” sər­həd-buraxılış məntəqəsinin tə­sis edilməsi ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatlarının Konqres üzvlərinə təqdim etdikləri həqiqətə uyğun olmayan və əsassız məlumatla­rın, bu çərçivədə ABŞ Konqre­sinin üzvləri tərəfindən birtərəfli və ABŞ-ın milli maraqlarına xid­mət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyi vur­ğulanıb.

Nümayəndə heyəti ABŞ-Azərbay­can Ticarət Palatasını ziyarət edib, Kolumbiya əyaləti və ətraf ştatlarda ya­şayan Azərbaycan icmasının fəalları ilə görüşüb, Nyu-York şəhərində Azərbay­can bayrağının ucaldılması tədbirində iştirak edib.

 

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

Son xəbərlər