Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildirilib ki, görüşdə Azərbay­canla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsin­dən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəf­li inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin Azərbay­can-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müza­kirə olunub.

Son xəbərlər