Əməkdaşlığa dair memorandum imzalanıb

post-img

Mayın 22-də Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva İnnovasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. 

KOBİA-dan AZƏRTAC-a bildiriblər ki, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Litva İnnovasiyalar Agent­liyinin nümayəndəsi İndre Balciunaite im­zalayıblar.

Memorandumda hər iki ölkənin ki­çik və orta biznes subyektləri arasında müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlı­ğın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və digər məsələlər nəzərdə tutulur.

Biznes forumda təqdimatla çıxış edən Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan və Litva KOB-ları arasında əməkdaşlıq imkanları barədə məlumat verib.

Son xəbərlər