Super seriyada hesab bərabərləşib

post-img

Bu axşam  "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ikinci matçı baş tutub.

Gərgin mübarizə şəraitində davam edən oyunun sonuna yaxın üstünlüyü əldən verən "Sabah" komandası 78-74 hesabı ilə "Gəncə" basketbolçularına məğlub olublar. Bu qələbə ilə "Gəncə" seriyadakı hesabı (1-1) bərabərləşdirib. 

Oyunda ən məhsuldar basketbolçular "Gəncə BK"-dan Kollin Törner (14 xal, 7 ribaund), "Sabah BK"-dan iaə Entoni Patti (26 xal, 14 ribaund) olub.

Qeyd edək ki, final seriyasının üçüncü oyunu 24 may saat 19:30-da baş tutacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"



İdman