NATO-nun yeni rəhbəri kim olacaq?

post-img

NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti bu ilin sentyabrında başa çatır. Növbəti müddətdə alyansa rəhbərlik uğrunda mübarizə başlanıb. Son məlumatlara görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də namizədlər arasındadır. Məlumatı TASS verib. 

Bəzi məlumatlara görə, bir sıra NATO ölkələri Ursula fon der Lyaye­nin oktyabr ayından alyansa rəhbərliyə başlamasını istəyir. Ammma məsələ bundadır ki, onun Avropa Komissiyası­nın sədri postundakı səlahiyyət müddə­ti 2024-cü ildə bitəcək.

Ekspertlərin fikrincə, bu təyinat çox böyük ehtimalla, ilk növbədə, böyük Britaniyanın müqaviməti ilə üzləşəcək. London artıq üzv ölkələrin diqqətini 2013–2019-cu illərdə Almaniyanın müdafiə naziri işlədiyi dövrlərdə Lyayenin uğurlu olmayan fəaliyyətinə yönəltməyə çalışır.

Alyansın baş katibi postuna namizədlər arasında Estoniyanın Baş naziri Kaya Kallasın, Kanada Baş nazirinin müavini və maliyyə naziri Xristia Frilandın və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin də adları çəkilir. Baş katib alyansın bütün 30 üzv ölkəsinin konsensusu əsasında təyin olunur.

Hazırladı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər