Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyi münasibətilə qərara alıram:
Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu
Eyvazov Təyyar Haşım oğlu
Əfəndiyev Akif Zahid oğlu
Meybəliyev Məmmədəli Tələt oğlu
Məmmədova Nailə Yusif qızı
Mirzə-zadə Valeh Ağasafa oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2025-ci il

