İsrail hökuməti dialoqa başlayıb

post-img

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, məhkəmə islahatları haqqında qanun la­yihəsini parlamentin bir neçə həftədən sonra baş­layacaq növbəti sessiyasına qədər təxirə salır. Bu barədə o, xalqa müraciətində deyib. Məlumatı “Euronews” verib.

Netanyahu bildi­rib: “Mən dialoq üçün taym-aut götürürəm”.

Hökumət başçı­sının sözlərinə görə, “ölkəni hissələrə böl­mək istəmir” və “həll yolunu tapmaq üçün hər şeyi edəcək”. O, “xalqı parçalamağa hazır olan ekstremist azlığı ittiham” etməyi də unut­mayıb.

Netanyahunun qərarından sonra İsrailin “Qistad­rut” Ümumxalq Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə tətillərin dayandırıldığını elan edib. Müxalifət partiyalarının liderləri də baş nazirin dialoq təklifi ilə razılaşıb. 

Prezident İshaq Hersoq da hökumətin qərarını bəyənib və hamını məsuliyyətli dialoqa çağırıb.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər